"Rusiya üzərindən sanksiyalar götürülsə, Ukrayna ərazisindən qaz tranzitinin bərpası mümkün olar".
Teleqraf.com xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fitso deyib.
Fitso Milli İqtisadi Şura komitəsinin iclasında bildirib ki, Avropa Komissiyasının kritik enerji infrastrukturunun qorunması ilə bağlı bəyanatı ciddidir, çünki AK qaz tranziti ilə bağlı Ukraynaya təzyiq göstərməyə başlayır.
Onun sözlərinə görə, Aİ üçüncü ölkələrdən qaz mövzusunun ittifaq üçün təhlükəsizlik məsələsi olmasına hörmətlə yanaşmasını gözləyir.
“Zelenski bunu başa düşür. O, bilir ki, əgər Rusiyaya qarşı bütün sanksiyaları dayandırsaq, o, Aİ-dən bir avro belə almamaq riski ilə üzləşəcək”, - baş nazir əlavə edib.