Türkiyənin müxalif Məmləkət Partiyasının sədri Məhərrəm İncənin yenidən Cümhuriyyət Xalq Partiyasına (CHP) qayıdacağı ilə bağlı iddia ölkənin siyasi aləmində gündəm olub.
Teleqraf.com xəbər verir ki, iddialarla bağlı CHP-dən rəsmi açıqlama gəlib.
CHP sədrinin müavini Dəniz Yücel İncənin əvvəllər partiyada mühüm vəzifələr tutduğunu deyib:
“İstənilən vaxt sədrimiz və partiya rəsmiləri ilə görüşə bilər. Məsələ ilə bağlı hər hansı bir gəlişmə olarsa, sədrimiz Özgür Özəl lazımi açıqlamanı ictimaiyyətlə bölüşəcək”.
Xatırladaq ki, bundan öncə CHP-dən olan millət vəkili Ali Öztunç Məhərrəm İncənin partiyaya geri önmək istədiyini iddia etmişdi.