29 Yanvar 00:00
211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, səsvermə prosesi saat 08:00-da başlayacaq və 19:00-da başa çatacaq.

118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 8 071 bələdiyyə üzvü seçiləcək.

Seçkilərdə ümumilikdə 16 min 96 namizəd mübarizə aparır. Onlardan 8504 nəfəri 24 siyasi partiyanın üzvüdür.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkilərində 5 milyon 961 min 987 nəfər səsvermə hüququna malikdir.

Seçki Məcəlləsinin tələbinə əsasən, bələdiyyə seçkiləri günü qeyri-iş günüdür.

Xatırladaq ki, son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər