NATO ilk dəfə olaraq Rusiyanı Avropanın ən böyük silah istehsalçısı "Rheinmetall" şirkətinin rəhbəri Armin Pappergerin qətlinin sifarişində ittiham edib.
Teleqraf.com "Politico" nəşrinə istinadən xəbər verir ki, bunu NATO baş katibinin köməkçisinin müavini Ceyms Appaturay bildirib.
NATO-nun sözçüsünün sözlərinə görə, Rusiya bu məqsədlər üçün cinayətkar qrupları, gəncləri və ya miqrantları cəlb edib. Bununla da Rusiya hakimiyyəti Ukraynaya hərbi yardımı pozmaq istəyir.