29 Yanvar 01:38
208
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp "ChatGPT"nin Çin analoqu "DeepSeek"in ortaya çıxmasını süni intelektin inkişafı ilə məşğul olan Amerika şirkətləri üçün həyəcanverici oyanış çağırışı adlandırıb.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.

“Əvvəlki administrasiya geri çəkilərək Çinə süni intellekt proqramını sürətlə inkişaf etdirməyə icazə verdi. Prezident Tramp hesab edir ki, süni intellektdə ABŞ-nin liderliyini bərpa etmək lazımdır və bu səbəbdən o, qətiyyətli addımlar atıb”, – o vurğulayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər