Rusiya Qərb ölkələrinin və ATƏT/DTİHB-nin Belarusdakı prezident seçkilərini etibarsız adlandıran bəyanatlarını rəsmən pisləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.
“Rusiya tərəfi son seçkiləri qondarma və etibarsız kimi təqdim etməyə çalışan Avropa İttifaqı, ATƏT/DTİHB və ayrı-ayrı Qərb ölkələrinin rəsmi nümayəndələrinin əsassız və qərəzli bəyanatlarını pisləyir”, - nazirliyin bəyanatında deyilir.
Moskva səsvermənin 23 ölkədən olan xarici jurnalistlər tərəfindən işıqlandırıldığını qeyd edib. Bundan əlavə, ölkəyə MDB, ŞƏT, KTMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədən olan müşahidəçilər də dəvət ediliblər. Onların hamısı seçkiləri azad və şəffaf adlandırıblar.