Böyük Britaniya Belarusa qarşı yeni sanksiyalar tətbiq edib.
Teleqraf.com xəbər verir ki, krallıq sanksiya siyahısını doqquz maddə ilə genişləndirib.
Məlumatda bildirilir ki, Böyük Britaniya Kanada ilə koordinasiyalı şəkildə Belarusda seçkilərin saxtalaşdırılmasına cavab olaraq 6 fiziki şəxsə və 3 quruma sanksiya tətbiq edib.
Bildirilib ki, sanksiyalar ciddi insan haqları pozuntularına görə məsuliyyət daşıyan qurumların rəhbərlərini və Belarusun müdafiə sektorunda Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən şirkətləri hədəf alır.
Belarus Mərkəzi Seçki Komissiyasının sədri də bugünkü sanksiyalar siyahısına daxil edilib.