27 Yanvar 20:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin braziliyalı həmkarı Luiz İnasio Lula da Silva ilə Ukrayna böhranını və Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Liderlər dünyada mövcud vəziyyət, o cümlədən ABŞ-nin yeni administrasiyası ətrafında fikir mübadiləsi aparıb, Ukrayna münaqişəsinin nizamlanması məsələlərinə də toxunulub”, - məlumatda deyilir.

Digər müzakirə mövzuları arasında Rusiya və Braziliya arasında ikitərəfli münasibətlər, habelə Braziliyanın 2025-ci ildə BRİCS-ə sədrliyi daxildir.


Müəllif: Arzu

Oxşar xəbərlər