Amerikalı jurnalist Kandas Ouens Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi olmasına dair sübutları dərc edəcək.
Teleqraf.com xəbər verir ki, o, sosial şəbəkə hesabında Bricit Makronun qadın olmaması ilə bağlı dəlillər topladığını bildirib.
Ouens 2022-ci il Fransada keçirilən prezident seçkilərindən əvvəl “Faits et Documents” jurnalında dərc olunan başqa bir jurnalist Nataşa Reyin araşdırmasına da istinad edib.
Rey Bricit Makronun əsl adının Jan-Mişel Troyno olduğunu bildirib.