19:32
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın yeni hakimiyyət orqanları keçmiş prezident Bəşər Əsədin dayısı oğlu Atef Nəcibi saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.

“Nəcib Suriya xalqına qarşı cinayətlərdə iştirak edənlərdən biri hesab olunur və bu addım hakimiyyətin Suriya xalqına qarşı qanun pozuntularında iştirak edənləri məsuliyyətə cəlb etmək, regionda təhlükəsizlik və sabitliyi gücləndirmək səylərinin bir hissəsidir” - polis polkovnik-leytenantı Mustafa Knefati bildirib .

Nəcib Latakiyada həbs edilib.

Məqalədə qeyd olunur ki, Əsədin dövründə o, Suriyanın cənubundakı Dəra əyalətində siyasi təhlükəsizlik departamentinin rəhbəri postunu tutub.


Müəllif: Arzu

Oxşar xəbərlər