09:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Liverpul” klubu misirli futbolçu Məhəmməd Salahla mövsümün sonunda yollarını ayıra bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Liverpul"un baş məşqçisi Arne Slot 33 yaşlı oyunçunun gələcək fəaliyyəti haqda danışarkən deyib.

Baş məşqçi təcrübəli hücumçunun "qırmızılar"dan ayrılması ehtimalından bəhs edib: “Dünyada kimsə “bizdə Məhəmməd Salaha ehtiyac yoxdur” desə təəccüblənərəm. O, kifayət qədər təcrübəli və müdrikdir. Karyerası ərzində çox ağıllı işlər görüb, ona görə də fikrimcə, özü üçün düzgün qərar verəcək”.

Qeyd edək ki, Salah bu mövsüm klubda ümumilikdə 32 oyun keçirib. 23 qol vurub, 17 məhsuldar ötürmə edib.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər