14:42
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 virusunun Çinin Uxan şəhərindəki laboratoriyadan yayılması ilə bağlı iddialar təsdiqlənmiş faktdır.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Livitt deyib.

Livitt ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) COVID-19-la bağlı son açıqlamasını belə qiymətləndirib:

“Bu həqiqəti Amerika xalqına açdığına görə (MKİ direktoru) Con Ratkliffi təbrik edirəm. Bayden administrasiyasının Amerika xalqına bu məsələ ilə bağlı faktları izah etmək şansı vardı, amma nədənsə bunu etməməyi seçdi.

İndi bunun təsdiqlənmiş bir fakt olduğunu bilirik. Bunun üzə çıxması uzun illər çəkdi, amma prezident (Donald Tramp) bu barədə haqlıydı”.

Xatırladaq ki, 2016-2020-ci illər arasında ilk prezidentlik müddətinin sonunda COVID-19-la bağlı açıqlamalar verən Tramp virusun Çinin Uxan şəhərindəki laboratoriyadan sızdığını və Pekinin vaxtında lazımi tədbirləri görmədiyi üçün bütün dünyaya yayıldığını söyləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər