07:25
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britanityanın baş naziri Kir Starmer ABŞ prezidentinin ona bağışladığı imzalı beysbol kepkalarını özündə saxlamaq istəməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin ianələr reyestri məlumat yayıb.

Məsələ burasındadır ki, Böyük Britaniyda məmurlar limitli məbləğdən artıq dəyəri olan hədiyyətləri bəyan etməlidirlər.

Reyestrdə göstərilir ki, sentyabrın 26-da Starmer Trampdan iki imzalı beysbol kepkası hədiyyə alıb. Onların dəyəri limitli məbləği keçir və bu papaqlar hazırda nazirlikdə saxlanılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər