15:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı fiqurlu konkisürən Maksim Naumov Dörd Qitə çempionatında iştirak etməyəcək.

Teleqraf.com xəbər verir ki, buna səbəb idmançının valideynlərinin – keçmiş rusiyalı fiqurlu konkisürənlər, qoşa konkisürmə üzrə dünya çempionları Yevgeniya Şişkova və Vadim Naumovun yanvarın 29-da təyyarə qəzasında həlak olmasıdır.

ABŞ çempionatında 4-cü yeri tutan 24 yaşlı idmançını bu yarışda Tomoki Hivataşi əvəz edəcək.

Qeyd edək ki, Dörd Qitə çempionatı fevralın 18-dən 23-dək keçiriləcək.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər