06:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın nüvə obyektlərinə zərbə endirmək islam respublikasının düşmənləri üçün böyük tarixi səhv olardı.

Teleqraf.com xəbər verir ki, İİR xarici işlər naziri Abbas Araqçi "Al Jazeera" telekanalına açıqlamasında deyib.

O bildirib: "Amerikalılar da, israillilər də bilirlər ki, biz cavabında hansı hədəfləri vuracağıq. Düşünürəm ki, bundan sonra İran regionda tammiqyaslı müharibəyə cəlb olunacaq. Nə bölgədə, nə də ondan kənarda bunu kimsə istəyir. İnanmıram ki, ABŞ belə bir qərar qəbul etsin və buna getsin".

İran diplomatı vurğalyıb ki, rəsmi Tehran hazırda nüvə silahına malik deyil, amma onu yaratmaq üçün ölkədə hər cür imkan var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər