12:47
343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi və beynəlxalq qurumun adadakı sülhməramlı missiyasının rəhbəri Kolin Stüartı qəbul edib.

Teleqraf.com xəbər verir ki, Tatar Stüartla paytaxt Lefkoşadakı ofisində görüşüb.

Görüşdən sonra ŞKTC lideri heç bir açıqlama verməyib.

Stüart isə jurnalistlərə Tatarla bir çox mövzunu müzakirə etdiyini və liderlərin ŞKTC ilə Cənubi Kipr (yunan tərəfi) arasında yeni sərhəd qapılarını açmağa hazır olduqlarını bildirib.

BMT Təhlükəsizlik Şurasının adada sülhməramlı missiyanın mandatını genişləndirən qətnamə qəbul etdiyini xatırladan Stüart Kiprdəki tərəflərin bufer zonanın bütövlüyünə, BMT qətnamələrinə və beynəlxalq təşkilatın bufer zonada mövcudluğuna hörmətlə yanaşacaqlarına inandığını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər