17:39
12 Punto 14 Punto 16 Punto 18 Punto

31 yanvar tarixində Ağcabədi rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfərin (qadın cinsli) müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.

Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hazırda onlarən vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər