13:07
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Üçüncü ulduz populyasiyası” kimi tanınan kainatdakı ilk ulduzlar maqnit sahələrinin təsiri ilə sonsuz ölçülərə çata bilməyiblər, bu da radiasiyanı aktiv şəkildə yaymağa başlamazdan əvvəl kütlələrini məhdudlaşdırıb. Leyden Rəsədxanasının astrofiziklərinin yeni araşdırmasında belə qənaət hasil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “New-Science” yazır.

“Üçüncü ulduz populyasiyası” Böyük Partlayışdan bir neçə yüz milyon il sonra əmələ gələn hipotetik kütləli ulduzlardır. Onların tərkibində heç bir metal olmayıb, son dərəcə parlaq olublar və qısa ömür sürüblər, həyatlarını güclü fövqəlnovalarda bitiriblər. Bu ulduzlar ağır elementləri sintez etməyə başlayan mənbələr olduqları üçün erkən kainatın memarları hesab olunurlar. Bununla belə, indiyə qədər onların artımını nəyin məhdudlaşdırdığı bəlli deyil.

Müasir ulduzlar çökən qaz buludlarından əmələ gəliblər və onların böyüməsi ətrafdakı materialları dağıdan radiasiya ilə yavaşlayıb. Elm adamları “Üçüncü ulduz populyasiyası”nın da böyüməsinin məhdudlaşmasının onun radiasiyaya məruz qalması ilə izah edirlər. Bununla belə, yeni modelləşdirmə göstərir ki, maqnit sahələri hətta ilkin mərhələlərdə də mühüm rol oynayıb.

Piyuş Şardanın rəhbərlik etdiyi komanda maqnitohidrodinamika (MHD) ilə “Üçüncü ulduz populyasiya”nın formalaşmasının simulyasiya edib. Məlum olub ki, maqnit sahələrinin mövcudluğunda ən böyük ulduzların kütləsi 65 Günəş kütləsini keçmir, onlarsız isə ulduzlar cəmi 5000 ildə 120 Günəş kütləsi qazanıblar.

“Maqnit sahələri cazibə qüvvəsinin qarşısını alır, ulduzun yığılma diskinə düşə bilən qazın miqdarını azaldır. Bu, radiasiya fəaliyyətə başlamazdan əvvəl böyüməni məhdudlaşdırır”, - Şarda deyib.

Tədqiqat həmçinin müəyyən edib ki, maqnit sahələri qaz buludlarının parçalanmasına və çoxalmaya səbəb olub. Bu o deməkdir ki, kütləvi ulduzların təkamülü qonşu ulduzlarla qarşılıqlı təsirdən asılı olub, bu da onların ölçüsünü daha da məhdudlaşdırıb.

“Üçüncü ulduz populyasiya” fərziyyə olaraq qalmasına baxmayaraq, onun mövcudluğu kainatın kimyəvi təkamülünü başa düşmək üçün çox vacibdir. Məhz bu ulduzlar, alimlərin fikrincə, ilk ağır elementlərin mənbəyi idilər, onlarsız planetlər və həyatın yaranması mümkün deyildi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər