06:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın maliyyə və regional siyasət naziri Katajina Pelçinskaya-Nalenç təklif edib ki, Avropa İttifaqına daxil olmaq istəyən ölkələrdən ödəniş alınsın.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı "Euractiv" nəşri yayıb.

Polşalı nazir rəqəmsal vergi tətbiq etmək və ümumi investisiya fondu yaratmağı da təklif edib.

Bu barədə xəbər verən media orqanı üzv ölkələrin qeyri-stabil büdcə vəziyyətinə diqqət çəkib. Etibarlı mənbələrin bildirdiyinə görə, Aİ vəziyyətdən çıxmaq üçün yollar - yeni gəlir mənbələri axtarır. Eyni zamanda artıq Aİ ölkələri üçün də üzvlük haqqının artırılması müzakirə olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər