Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı döyüşçü Həsən Asxabov Bali adasında saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Tribun-bali.com" məlumat yayıb.
Məlumatda bildirilir ki, A.Asxabov insan oğurluğunda və transmilli cinayət təşkilatında iştirakda şübhəli bilinir. Asxabov fiziki güc tətbiq etməklə Ukrayna vətəndaşını oğurlamaqda şübhəli bilinib.
Asxabov yanvarın 30-da Dubaya uçmaq üçün gəldiyi hava limanında həbs edilib.