“Turan Tovuz” rəhbərliyi bu gün 60 illik yubileyini qeyd edən veteran futbolçu və məşqçisi Yunis Hüseynovu təbrik edib.
Teleqraf.com xəbər verir ki, klubun idarə heyətinin rəhbəri Ehtiram Quliyev yubilyarla görüşüb, ona 60 nömrəli “Turan Tovuz” formasını təqdim edib.
Xatrıladaq ki, Yunis Hüseynov hazırda Azərbaycan Premyer Liqasında iştirak edən “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin əsas köməkçisidir.