11:02
247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın Ağ Evdə Prezident Donald Trampla görüş planı baş tutmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Paşinyan dünən mətbuat konfransında ABŞ-yə səfəri zamanı Trampla görüşün planlaşdırılmadığını söyləsə də, əldə etdiyimiz məlumata görə, Ermənistan hakimiyyəti bütün mümkün kanallarla ABŞ lideri ilə görüş təşkil etməyə çalışıb, ancaq bu cəhdlər baş tutmayıb. Bundan sonra Xarici İşlər Nazirliyi və Ermənistanın ABŞ-dəki səfirliyi hərəkətə keçərək, nüfuzlu ermənipərəst respublikaçı konqresmenlərə müraciət ediblər ki, ən azı dövlət katibi Marko Rubio ilə görüş təşkil eləsinlər”, - məlumatda deyilir.

Nəşr yazır ki, ABŞ-yə səfər proqramından narahat olan Paşinyan Vaşinqtonda “yaxşı” qarşılanmaq istəyir, pərt olacağından çəkinir. Mənbə əlavə edir ki, İrəvanın Trampla görüş üçün Ağ Evə müraciətinə müsbət cavab verilməyib.

Xatırladaq ki, Ermənistan baş naziri fevralın 3-7-də ABŞ-də səfərdə olacaq. Səfərin Beynəlxalq Dini Azadlıq Sammitində iştirak üçün planlaşdırıldığı açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər