17:22
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Premyer Liqasında yaxşı formada olan 3 komanda varsa, onlardan biri “Araz-Naxçıvan”dır. Hətta o, “Sabah”dan da yaxşı komandadır...”

Bu sözləri Teleqraf.com-a “Kəpəz”in futbolçusu Azərbaycan Premyer Liqasının XXI turunda doğma meydanda “Sabah”ı 3:2 hesabla məğlub etdikləri matç barədə danışarkən deyib.

28 yaşlı futbolçu əvvəlcə qol vurduğu görüşdə qazanılan qələbə və sonuncu pillədən uzaqlaşmalarından söz açıb: “Oyuna ciddi hazırlaşmışdıq. XX turda “Səbail”ə məğlub olaraq sonuncu pilləyə enmişdik. Ona görə bizə 3 xal lazım idi. Bu oyunda hesabda 2 dəfə geri düşdük. Amma futbolçularımız toparlandı, əzmkarlıq höstərdi. Nəticədə qələbə qazandıq. Bu, bizə çox lazım idi. Premyer Liqada ilk qolum idi. Qol vurmaqla yanaşı komandamın qələbə qazanması ikiqat sevincdir”.

Təcrübəli müdafiəçi növbəti həftə Azərbaycan Premyer Liqasının XXII turunda “Araz-Naxçıvan”a qarşı oyunla bağlı da fikir bildirib: “Bu oyunda sübut etdik ki, “Sabah”ın futbolçuları fərdi planda üstün olsalar da komanda kimi geridədirlər. Biz daha komplekt və düzgün oynayırıq. Onun üçün də hansı komanda ilə oynayırıqsa, yalnız qələbə qazanmalıyıq. Ən azından xal və xallar almalıyıq. “Araz-Naxçıvan”a qarşı səfərdə oyunumuz var. Ağır oyun olacaq”.

Qeyd edək ki, “Kəpəz” Azərbaycan Premyer Liqasının XXI turunda “Sabah”ı 3:2 məğllub edərək turnir cədvəlində sonuncu yerdən 8-ci pilləyə qalxıb.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər