Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizi Mehri üzərindən açılacaq.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Davit Sərkisyan deyib.
“Paşinyan Azərbaycanın dəhlizlə bağlı tələbini qəbul edib və artıq bunu yerinə yetirməyə başlayıb. Onun sözlərinə görə, bunun necə adlandırılmasının fərqi yoxdur: dəhliz, qovşaq və ya başqa bir şey...
Paşinyan Ermənistanın cənubundan, daha dəqiq desək, Mehridən Azərbaycan üçün maneəsiz dəmir yolu əlaqəsinin mümkünlüyünü öz arqumentləri ilə əsaslandıraraq, bəyan elədi”, - ekspert bildirib.
Xatırladaq ki, Ermənistan baş naziri bu gün mətbuat konfransında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz keçidə etiraz etmədiyini açıqlayıb. Paşinyan bu kontekstdə İrəvanın keçid prosedurlarını sadələşdirməyə hazır olduğunu söyləyib.