"Məntəqə daxilində vətəndaşın icazəsi olmadan çəkiliş aparmaq olmaz".
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, bu proses yalnız vətəndaşların razılığı ilə aparılmalıdır.
Komissiya sədri əlavə edib ki, bu haldan sui-istifadə çoxalarsa, məntəqə daxilində çəkiliş tamamilə qadağan edilə bilər.