Azərbaycanda sabahdan - fevralın 1-dən çörəyin bahalaşacağı iddia olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Market satıcıları da bildirib ki, fevralın 1-dən çörək yeni qiymətə satılacaq. Qiymət artımının 5-10 qəpik arasında olacağı gözlənilir.
Məlumata görə, qiymət dəyişikliyindən sonra çörəyin çəkisi artacaq. Eyni zamanda, ekspertlər hesab edirlər ki, qiymət dəyişikliyi keyfiyyətə də müsbət təsir göstərəcək.
Rəsmi qurumlar hələlik çörəyin bahalaşması barədə məlumat yaymayıb.