Rusiyanın MDB ölkələrinin xalqları ilə dostluğu yüz illər əvvələ gedib çıxır, bunu video saxtakarlığı və ya digər təxribatlarla pozmaq mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Rusiya xalqlarının birliyi ölkəmizdə rəsmi şəkildə təsdiq edilmiş ənənəvi dəyərlərdən biridir. Əlbəttə, yaxşı münasibətlər bizim çoxəsrlik dostlarımız, müttəfiqlərimiz və regiondakı qonşularımıza da şamil edilir. Ölkəmizdəki xalqlar arasında, MDB-dəki tərəfdaşlarımızın xalqları ilə dostluq münasibətləri yüz illər əvvələ gedib çıxır və onları video saxtakarlığı və ya xaricdən pullu təxribatlarla pozmaq olmaz”, - diplomat bildirib.
Zaxarova Ukrayna, ABŞ və bəzi digər Qərb dövlətlərinin Rusiyanın keçmiş sovet ölkələri ilə əlaqələrini pozmaq üçün internetdə xalqlar arasında nifaq salmaq üçün təxribatçı cəhdlər etdiklərini iddia edib.