Yaponiyanın Baş naziri Şiqeru İşibanın fevralın 6-dan 8-dək ABŞ-a səfəri gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
ABŞ Prezidenti Donald Trampla görüşündə Yaponiya Baş naziri iki dövlət arasında əməkdaşlıq, ABŞ-nin Asiya-Sakit okean regionunun işində iştirakı məsələlərini müzakirə edəcək.
İşiba Trampa Amerika qazı almaq üçün müqavilə bağlamağı təklif edə bilər.
Bundan başqa, Alyaskada ABŞ və Asiyanı birləşdirən yeni qaz kəmərinin tikintisinə Yaponiyanın investisiya qoyması da nəzərdən keçirilən məsələlər arasındadır.