08:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 31-də Filadelfiyada baş verən təyyarə qəzasından sonra altı nəfər xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Yaralılardan üç nəfəri artıq zəruri tibbi yardım alıb və evə buraxılıblar. Qalanları həkim nəzarəti altında saxlanılır. Onların vəziyyəti barədə məlumat verilmir.

Zərərçəkənlər arasında qadın və 11 yaşında uşaq da var.

Xatırladaq ki, təyyarə yaşayış evlərinə dəyərək yanğına səbəb olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər