İsrailin baş naziri Binyamin Netanyahu İranla mümkün nüvə razılaşmasına mane olmaq üçün ABŞ-a səfər edib.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Netanyahu razılaşmanın Tehranı nüvə bombası yaratmaqdan çəkindirməyəcəyini iddia edir. İsrail baş naziri sabah Konqres qarşısında çıxış etməlidir. Bu isə Obama administrasiyası tərəfindən narazılıqla qarşılanıb. Belə ki, Konqress bu çıxışla bağlı Ağ evlə əvvəlcədən razılıq əldə etməyib.
Qeyd edək ki, martın 17-də İsraildə parlament seçkiləri keçiriləcək. Ölkədə keçirilən ilkin sorğular Netanyahunun "Likud" partiyasına sərt rəqabət vəd edir.
Samir