3 Mart 2015 09:10
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa, Rusiya, Ukrayna prezidentləri və Almaniyanın kansleri Donetsk və Luqansk vilayətlərində atəşkəsin pozulması qeydə alınan 10 qaynar nöqtədə ATƏT müşahidəçilərinin yerləşdirilməsi məsələsi üzrə razılıq əldə ediblər.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bununla bağlı liderlərin telefon danışığı zamanı müzakirələr aparılıb. Razılığa əsasən, müşahidəçilər xüsusilə Sçastye, Popasnaya, Stanitsa Luqanskaya, Krımskoye, Avdeyevka, Volnovaxa, Qranitnoye, Luqanskoye, Şirokino yaşayış məntəqələrində, eləcə də Donetsk aeroportu bölgəsində yerləşdiriləcək.

Ukrayna prezidentinin mətbuat xidmətindən verilən məlumatda deyilir: “Həmsöhbətlər o cümlədən Normand formatı ölkələri XİN-lərinə göndəriləcək atəşkəs rejiminin pozulması haqqında ATƏT-in gündəlik hesabatının dərc olunmasının zəruriliyi haqqında razılıq əldə ediblər”.

“Normand dördlüyü” ölkə başçılarının Donbas əhalisinə beynəlxalq humanitar yardımın çatdırılması və onun paylanmasında Beynəlxalq Qızıl Xaç Komitəsi nümayəndələrinin iştirakı məsələlərinin müzakirə etdiyi bildirilir.

Samir


Müəllif: