4 Mart 2015 08:11
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın istintaq orqanları martın 3-də keçirdikləri əməliyyat tədbirlərindən sonra Saxalinin qubernatoru Aleksandr Xoroşavini həbs ediblər.

Teleqraf.com-un məlumatına görə, bu məlumatı “TASS”a region hökumətinin nümayəndəsi təsdiqləyib.

Mənbənin məlumatına görə, qubernator xidməti kabinetində saxlanılıb.

Əlavə istintaq tədbirlərinin aparılması məqsədi ilə Aleksandr Xoroşavin və onun bir neçə yaxın əməkdaşı Moskvaya göndərilib. Bu əməkdaşların arasında qubernatorun katibliyinin rəhbəri Vyaçeslav Qorbaçovun və qu qubernatorun köməkçisi Andrey İkramovun olduğu bildirilir. Saxlanılan digər şəxslərin kimliyi hələlik açıqlanmır.

Yerli KİV-lərin məlumatına görə, müstəntiqlər və ekspertlər hökumət binasında səhər saat 4-dək istintaq tədbirləri həyata keçiriblər. Qubernatorun, onun müavinlərinin, köməkçilərinin və katiblik rəhbərinin iş otaqlarına baxış keçirilib. Qubernatorun yaxın ətrafından ifadələr alınıb.

Versiyalardan birinə əsasən, istintaq tədbirləri qubernatorun müşaviri, “Saxalin” futbol klubunun prezidenti Andrey İkramov barəsində açılmış cinayət işi çərçivəsində keçirilib.


Müəllif:

Oxşar xəbərlər