Moskvada naməlum şəxslər Şən və hazırcavablar klubu yarışlarının təşkilatçısı Aleksandr Maslyakova hücum ediblər.
Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, xoşbəxtlikdən, Maslyakov ciddi xəsarət almayıb.
Ötən gün Moskva vaxtı ilə saat 24:30-da Maslyakov Şeremetyevo küçəsində maşınına oturmaq istəyərkən naməlum şəxs onun ayağından yapışıb və maşına oturmağa mane olmağa çalışıb. O, xuliqanın əməllərinin qarşısını ala bilib.