7 Mart 2015 01:35
3 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın xarici işlər nazirinin müavini Entoni Blinken Ukraynanın şərqində Rusiyanın hərbi fəaliyyətinə bağlı əllərində peyk fotoşəkillərinin olduğunu deyib.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Entoni Blinken ölkəsinin hələ Ukraynaya müdafiə təyinatlı silah vermək haqqında qərar qəbul etmədiyini açıqlayıb.

Entoni Blinken Kiyevdə jurnalistlərə açıqlamasında onu da deyib ki, son illərdə ABŞ Ukraynanın təhlükəsizliyinin qorunması üçün xeyli kömək edib, bu ölkəyə müasir radarlar, gecə durbinləri və müxtəlif digər hərbi vəsaitlər verib.

ABŞ-ın Kiyevdəki səfiri Geofrey Pyatt bu il Ukrayna ordusunun təchiz üçün 120 milyon dollarlıq texniki yardım edilməsi barədə qərar aldığını qeyd edib.

Pyatt Ukraynaya silah yardımı edilməsinin bu ölkənin müdafiə sektorunda islahatların aparılması qədər əhəmiyyətli olmadığını da dilə gətirib. O, ayrıca ABŞ-ın əlində Ukraynanın şərqində Rusiyanın hərbi varlığını isbat edən çoxlu sayda peyk fotoşəkillərinin olduğunu da vurğulayib.

Nihad


Müəllif:

Oxşar xəbərlər