Yaponiyanın paytaxtı Tokioda anti-nüvə aksiyası keçirilib. ANS PRESS-in məlumatına görə, aksiyada minlərlə nüvə əleyhdarı iştirak edib.
Aksiya Yaponiyada "Fukusima-1" atom-elektrik stansiyasının zədələnməsinə səbəb olan zəlzələ və sunaminin 4-cü ildönümü münasibətilə təşkil edilib. Aksiyaya qoşulanlar Yaponiya hökumətindən ölkədə nüvə enerjisindən istifadə siyasətinə son qoyulmasını tələb ediblər.
2011-ci il martın 11-də zəlzələ və sunamidən sonra "Fukusima-1" atom-elektrik stansiyasının nüvə reaktorları bağlanmışdı. Lakin hökumət enerji mənbələrinin ixracından asılı olan ölkə iqtisadiyyatını dirçəltmək üçün bəzi nüvə reaktorlarını yenidən işə salmağı planlaşdırır.
Bu il ərzində Yaponiyanın cənubundakı "Takahama" və "Senday" atom-elektrik stansiyalarının yenidən işə salınacağı gözlənilir. Bu, Fukusima faciəsindən sonra işini bərpa edən ilk atom-elektrik stansiyaları olacaq.