24 Mart 2015 09:47
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Hərbi-Hava Qüvvələri martın 23-də Kaliforniya ştatlında “Minuteman” qitələrarası ballistik raketin sınaq uçuşunu həyata keçirib. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə “Foxnews” agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə görə, ballistik raket yerli vaxtla saat 03:36-da, Vendenberqdəki (Santa-Barbara mahalı) hərbi-hava bazasından buraxılıb.

Polkovnik Keyt Blelts bildirib ki, sınaq testində məqsəd “Minuteman” qrupundan olan raketlərin modifikasiyası üzrə planlaşdırılan və həyata keçirilən işlər üçün texniki göstəricilər əldə eləməkdən ibarət olub.


Müəllif:

Oxşar xəbərlər