İsveç baş naziri Stefan Löfven Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizə göndərdiyi məktubda iki ölkə münasibətlərində yaşanan böhrana görə üzr istəyib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, Kral Salman Al-Avca Sarayında İsveç Kralının xüsusi nümayəndəsi və keçmiş müdafiə naziri Bayron Van Sidovu qəbul edib. Qəbul zamanı Sidov İsveç Kralı və İsveç Baş Nazirindən olan mətubları Əbdüləzizə təqdim edib.
Məktubda ikitərəfli əlaqələrin dərinləşməsi və iki ölkə arasındakı münasibətlərin davam etməsinin vacibliyi vurğulanıb.
Samir