İngiltərənin Qloster şəhərində İŞİD terrorçu qruplaşması tərəfindən buraxılmış “başkəsmə” fotolarını nümayiş etdirən ekspozisiya açılıb. ANS PRESS-in məlumatına görə,keçmiş Litltledan həbsxnasının binasında yerləşən “Bütün Zamanların Cinayətləri” muzeyində (Crime Through Time Museum) nümayiş etdirilən ekspozisiya ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.
Lakin sərginin təşkilatçıları bildiriblər ki, onlar yalnız artıq internetdə olan materiallardan istifadə ediblər.
Muzeyin sahibi Andy Jones həmçinin deyib ki, muzey çox qadağanlı və çox ağrılı materialı nümayiş etdirməklə başqa heç bir turist şirkətinin etməyəcəyi işi görür. O etiraf edib kİ, bu, çox ziddiyyətli bir sərgidir və uşaqların bura gətirilməsi tövsiyə edilmir.
Muzey sahibinin sözlərinə görə, ictimaiyyət əksinə, öz qəzəbini belə fotoların internetdə olmasına yol verən hökumətlərə yönəltməlidir. Qlosterşir əyalətinin polis idarəsi sərgi ilə bağlı heç bir yazılı şikayət almadığını bildirib.
Xəbər verilir ki, bu muzeydə həmçinin nasistlərə və Ku Klux Klana aid əşyalar da nümayiş etdirilir.