Avropa Birliyinin süd istehsalı kvotalarını ləğv etməsi belçikalı fermerləri ayağa qaldırıb.
ANS PRESS-in məlumatına görə, süd istehsalı ilə məşğul olan maldarlar bu qərarın qiymətlərin ucuzlaşmasına səbəb olacağını deyərək Brüsselin küçələrində etiraz edib. 30 il əvvəl avropalıların öz dili ilə desək “süd göllərinin və kərə yağı dağlarının” yəni artıq məhsulun yaranmaması üçün tətbiq olunan kvotalar, buna qədər gündəlik məhsulların istehsalını nəzarətdə saxlamağa kömək olurdu.
Ancaq hazırda dünyada südə olan tələbat artdığından avropalı istehsalçılar ABŞ və avstraliyalı fermerlərlə Çin və Cənubi Koreya kimi yeni bazarlarda “ayaqlaşa” bilsin deyə Avropa Birliyi bu məhdudiyyətləri qaldırıb. Ancaq etiraz edən kiçik fermerlərə görə, izafi süd istehsalı onsuzda aşağı olan topdan satış qiymətini daha da ucuzlaşdıracaq.