Ukrayna prezidenti Petro Proşenko Rusiya güc strukturlarının fəaliyyətindən bəhs edən film və serialların yayımını yasaqlayan sərəncama imza atıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, yasaq “işğalçı dövlətin” silahlı qüvvələri, güc və hərbi qurumlarının təbliğat, təşviqat və populyarlaşdırılmasını nəzərdə tutan audiovizual materialların bütün növlərinə şamil edilir.
Ukrayna parlamenti fevralın 5-də Rusiya filmlərinin qadağan edilməsi barədə qanun qəbul edib. Bundan əvvəl Ukraynanın müfaviq nəzarət qurumu Rusiyada istehsal olunmuş 15 film və serialın nümayişinə icazə verməyib.
Mart ayında Ali Rada Rusiyada istehsal olunmuş film və serialların retranslyasiyasına qoyulan qadağanı qaldırmaqdan imtina edib.
Rüstəm