4 Aprel 2015 00:45
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası Fransisk həkimlərin pəhriz rejimi ilə bağlı tövsiyələrinə riayət etməyərək həddən artıq makaron yeyir.

Trend-in Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata əsasən, bu səbəbdən onun çəkisi artmağa başlayıb.

78 yaşlı argentinalı Papa hər gün daha çox hərəkətdə olmaq və daha az yemək əvəzinə, gündəlik bir porsiya makaron yeyir və az hərəkət edir. Həkimlər makarona qarşı ifrat sevgisi olan Papaya həftədə yalnız iki dəfə onun dadına baxmağa icazə veriblər.

Ağciyərlərindən biri olmayan Fransiskin yeganə arzusu isə Vatikandan kənara çıxaraq tanınmamış biz pizzaxanada pizza yeməkdir.

Bəzi mütəxəssislər makaronun insanı kökəltmədiyi, əksinə, pəhriz üçün yaxşı vasitə olduğu qənaətindədirlər.

Qeyd edək ki, İtaliyada adambaşına illik makaron istehlakı təqribən 26 kiloqramdır. İtaliya artıq çəkidən əziyyət çəkən insanların sayının az olduğu ölkələrdən biridir.


Müəllif: