9 Aprel 2015 11:28
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvada Ukraynaya qarşı nifrət və təhrikedici proqramlara yer verdiyinə görə “RTR-Planeta” telekanalının yayımı dayandırılıb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Litva Radio və Televiziya Komitəsindən məlumat veriblər.

Komitə buna səbəb kimi kanalın martın 12-də yayımlanan “Bazar axşamı” proqramında Rusiya Dövlət Dumansının sədr müavini Vladimir Jirinovskinin fikirlərini təqdir etməsi, Ukrayna xalqını düşmən kimi qələmə verməsi və Ukraynanın ərazi bütövlüyünü pozan sənədlər təqdim etməsini göstərib.

Samir


Müəllif: