13 Aprel 2015 13:22
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xakasiya Respublikasında baş verən dəhşətli yanğın nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, rəsmilər hadisədən sonra 613 nəfərin xəstəxanalara müraciət etdiyini, onlardan 73-nün vəziyyətinin ağır olduğunu bildiriblər.

Xəbərə görə, ümumilikdə hadisə nəticəsində 5 min insan evsiz qalıb.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilib ki, ərazidə baş verən yanğın tamamilə söndürülüb.

Samir


Müəllif:

Oxşar xəbərlər