ABŞ-ın San-Fransisko şəhərində yerləşən Dənizdə Yaşayış Məskənləri İnstitutu ilk üzən şəhərin tikintisinə və hüquqi sənədləşməsinə hazırlıq işləri görür.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, dəniz sularında yeni növ yaşayış məntəqəsi artıq 2020-ci ildə yarana bilər. Bu şəhərdə yaşayış evlərinin hər kvadratmetri alıcıya 5425 dollara başa gələcək. Artıq bir neçə ildir ki bu layihə üzərində işlənilir.
Şəhərin özünün muxtar siyasi və sosial təhsil, iqtisadiyyat və vergi sisteminin olacağını bildirirlər. İndi onlar bu cür yaşayış məntəqələrinin hüquqi statusunu müəyyən edən müvafiq beynəlxalq razılaşmanın hazırlanması ilə məşğuldurlar. İlk üzən şəhərin həmin razılaşmanı imzalayan dövlətin yaxınlığında yerləşəcəyi istisna edilmir. Hazırda Sakit okeanın bəzi ada dövlətləri ilə belə bir şəhərin tikilməsi üçün ilkin məsləhətləşmələr aparılır.
Rüstəm