17 Aprel 2015 19:53
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 26 yaşlı Əbdürrəhim Aksözü öldürdükdən sonra yandıran 31 yaşılı Mustafa ilə 26 yaşlı Hilmi Özkol qardaşlarına hökm oxunub.


Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 2014-cü il aprelin 12-də baş verib. Polisin məlumatına görə, mərhum əvvəlcə sinəsindən tapança ilə vurulub, sonra isə yandırılıb.

PolisƏbdürrəhimin son olaraq görüşdüyü dostu Mustafa Özkol ilə qardaşı Hilmi Özkolu cinayətdə şübhəli bilib.

Mustafa Özkol məhkəmədə ifadəsində bunları deyib:

"Əbdürrəhim mənə zəng edərək görüşmək istədiyini dedi. Qardaşım Hilmi ilə birlikdə Əbdürrəhimlə görüşdük. Mənimlə bir mövzuda danışmaq istədiyini söylədi. Hilmini evə qoyaq deyə təklif etdikdə razılaşmadım. Avtomobildən Əbdürrəhim ilə birlikdə düşdük. Mənə “Yoldaşınla münasibətim var. Ondan boşan” deyərək təhdid etdi. Şok keçirdim. Belə şey olmayacağını dedim və avtomobilə mindik. Maşında hətta “uşağının atası mənəm” - dedi. Bu zaman silahını çıxararaq qardaşımın başına söykədi. Məndə silahımı çıxarıb atəş açdım. Sonra maşından çıxarıb kolluqlağa qoydum. Qətiyyən yandırmadım".

Hilmi Özkol da ifadəsində deyib ki, Əbdürrəhim qardaşına uşağının atası olduğunu deyib. "Daha sonra Əbdürrəhim özüylə gətirdiyi silahı başıma dirəyərək maşından düşməyimi tələb etdi. Bu vaxt qardaşım Əbdürrəhimə atəş açdı. Qardaşım onu maşından endirib kolluğa qoydu." deyib.

Məhkəmini son qərarına əsasən hər iki qardaşı ömürlük azadlıqdan məhrum edilib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər