22 Aprel 2015 01:30
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Manisa şəhərində Demet Akalının konsertindən öncə bomba həyəcanı yaşanıb.

Teleqraf.com-un axşam.az-a istinadən məlumatına görə, məktəbli bir uşağın çantasını qoyub getməsi konsertin baş verəcəyi meydanda qorxulu anlara səbəb olub. Sahibsiz çanta şübhə doğurduğu üçün hadisə yerinə polis əməkdaşları gəlib.

Festival çərçivəsində müğənninin səhnəyə çıxmasını gözləyən sevənləri həmin uşağın tapılmasından sonra sakitləşiblər.

Təxmini 45 dəqiqə davam edən araşdırmadan sonra izdiham D.Akalın üçün yenidən meydana toplaşıb.


Müəllif:

Oxşar xəbərlər