22 Aprel 2015 09:19
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-York şəhərində federal məhkəmə şəhər nəqliyyatı idarəsinə avtobusların üzərində yəhudilərin müsəlmanlar tərəfindən öldürülməsini pisləyən lövhə yerləşdirməsilə bağlı qərar qəbul edib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, lövhələrdə kufiyə yaylığı taxmış fələstinli, onun yanında isə Həmas liderlərindən birinin döyüşə səsləyən ifadəsi əks olunub.

Bu kampaniyanı antimüsəlman birliyi hesab olunan "Amerika azadlıqlarının müdafiəsi üzrə təşəbbüs qrupu" maliyyələşdirib.

Belə plakatlar artıq ABŞ-ın bir sıra başqa şəhərində peyda olub.

Məhkəmə hakimi Con Koelt hesab edib ki, bu kampaniya ABŞ konstitusiyasının söz azadlığına təminat verən birinci düzəlişi ilə bağlıdır. Onun sözlərinə görə, hökumətin narahatlığını anlayır, lakin düşünür ki, hökumət bu reklamın mümkün təsirini şişirdir və Nyu-York sakinlərinin tolerantlığını kifayət qədər nəzərə almır.

Samir


Müəllif: