25 Aprel 2015 11:57
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın paytaxtı Ottava şəhərində erməni diasporunun 1915-ci il hadisələri ilə bağlı iddialarına qarşı etiraz aksiyası keçirilib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Federal Parlament binası önündə toplaşan Montreal, Toronto, Hamilton, Vaterloo, Kitçener, Burlinqton və Mississauqa şəhərlərindən gələn yüzlərlə türk əllərində Türkiyə və Kanada bayraqlarını tutublar.

Onlar “ermənilər yalanlara son verin”, "Tarixi tarixçilərə buraxın" şüarlarını səsləndiriblər. Aksiya Ermənistanın Ottavadakı səfirliyi önündə davam edib.

Yerli polisin verdiyi məlumatda etiraz aksiyalarının insidentsiz başa çatdığı bildirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər