Nigeriya ordu birləşmələri Boko Haram terror qrupunun fəal olduğu meşəlik ərazidə əsir olan 200 məktəbli qızı və 93 qadını xilas edib.
ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri Nigeriya ordusu rəsmiləri yayıb.
Lakin hərbçilər bildirib ki, xilas edilənlərin arasında 2014-cü ildə Çibok kəndindən oğurlanan 200 məktəbli qız yoxdur. Ordu mənbələri bildirib ki, Sambisa meşəliyində Boko Harama məxsus 4 düşərgə ələ keçirilib.
Hazırda əməliyyatın gedişində həbs edilmiş terrorçuların dindirilməsinə başlanıb.