30 Aprel 2015 01:30
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəlzələdən sonra Nepalı tərk etmək istəyən Rusiya və qonşu dövlətlərin vətəndaşları iki təyyarə ilə Katmandudan uçub.

Teleqraf.com-un "İnterfaks"a istinadən xəbərinə görə, bu barədə Rusiyanının Nepaldakı səfirliyindən bildiriblər. Xəbərdə bildirilir ki, Rusiya FHN-nin iki İl-76 təyyarəsi 128 nəfərlə Nepalı tərk edib. Təyyarədəkilər Rusiya, Qazaxıstan, Tacikistan, Özbəkistan, Latviya, Ukrayna və İsrail vətəndaşlarıdır.

Təyyarədəkilərdən birinin - rusiyalı qadının zəlzələ nəticəsində ayaqları sınıb.

Təyyarələr Nepala 100-ə yaxın rusiyalı xilasedici ilə uçub. Bundan başqa Rusiya Nepala 2 tona yaxın humanitar yardım göndərib. Yaxın günlərdə rusiyalı xilasedicilər Nepalda xilasetmə əməliyyatına qoşulacalar.

Nihad


Müəllif:

Oxşar xəbərlər